Ölkə 16:25 18.10.2018

Azərbaycanlı ekstrasensdən qorxunc proqnozlar (VİDEO)

Artıq 2018-ci ilin son aylarını yaşayırıq. Necə deyərlər, acısı ilə, şirini ilə, gündəm hadisələri ilə bu ilə də yola salırıq. Yəqin ki, hələ davam edən 2018-ci ilin yekunları, eyni zamanda, qarşıdan gələn 2019-cu ilin proqnozları çoxumuza maraqlıdır.

Qaynarinfo-nun oxu.az-a istinadən məlumatına görə, ekstrasens Nadim Alıxanov deyir ki, 2018-ci illə bağlı proqnozlarının əksəriyyəti doğru çıxıb.

2019-cu il üçün öncə dünyada cərəyan edəcək hadisələrlə başlayaq. Belə ki, ekstrasensin sözlərinə görə, növbəti il Ukrayna, Gürcüstan, İran, Pakistan və Türkiyə üçün o qədər də uğurlu olmaya bilər.

Qarşıdan gələn il Azərbaycanda təyyarə qəzası gördüyünü deyən Nadim Alıxanov ölkə üçün ən maraqlı hadisələrdən olan milli komandamızın Avropa çempionatında iştirakını da proqnozlaşdırıb.

Nadim Alıxanov önümüzdəki ayların bəzi incəsənət xadimləri üçün uğursuz olacağını deyib.

Baku TV-nin hazırladığı süjeti təqdim edirik: