İdman 12:00 22.12.2018

Azərbaycanlı futbolçu 1.5 milyona "Spartak"a transfer olundu

Moskva "Spartak"ı azərbaycanlı futbolçu Ayaz Quliyevi heyətinə qatmağa yaxındı.

Qaynarinfo Rusiya mediasına istinadən xəbər verir ki, paytaxt klubu 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün klubu "Rostov"la razılıq əldə edib. "Spartak" bu transferə görə 60 milyon rubl (774 min avro// 1.5 milyon manat) ödəyəcək.

Qeyd edək ki, Ayaz Quliyev mövsümün əvvəlində "Spartak"dan "Rostov"a 500 min avroya transfer olunub.