İdman 12:04 21.11.2018

Azərbaycanlı futbolçu "Beşiktaş"da

"Beşiktaş" klubu "Sumqayıt"ın futbolçusunu heyətinə qatıb. 

Qaynarinfo xəbər verir ki, uşaq futboluna önəm verən İstanbul təmsilçisi "Sumqayıt"ın U-12 yaş qrupunda çıxış edən Nihat Əhmədzadəni rənglərinə bağlayıb. 

"Azəri Messi" ləqəbi verilən 2006-ci il təvəllüdlü oyunçu "Mançester Yunayted"in seçmələrində də yer alıb. 

Lakin onun ailəsi türk dili danışan ölkəyə getməsinə razılıq verib.