İdman 09:28 26.09.2018

Azərbaycanlı futbolçu Bundesliqada het-trik etdi

Almaniyanın III Bundesliqasında VIII turun oyunları keçirilib.

Qaynarinfo xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen” "Hanza" ilə qarşılaşıb.

Oyun Rüfətin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycanlı futbolçu het-trikə imza atıb. O, matçın 2, 6 və 65-ci dəqiqələrində fərqlənib.

Bununla da Rüfət keçirdiyi 9-cu oyunda vurduu qolların sayını 5-ə çatdırıb. O, III Bundesliqada bombardirlər yarışına başçılıq edir.

Qeyd edək ki, "Proyssen" 8 turdan sonra  15 xalla 2-4-cü pillələri bölüşdürür.