İdman 10:12 14.09.2017

Azərbaycanlı futbolçu Çempionlar Liqasında qol vurdu (VİDEO)

Çempionlar Liqasında qrup mərhələsinin ilk turu yekunlaşıb. "Qaynarinfo" xəbər verir ki, Moskva "Spartak"ı dünən Sloveniyada "Maribor"un qonağı olub.

Oyun 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 59-cu dəqiqədə "Spartak"ın azərbaycanlı futbolçusu Aleksandr Səmədov açıb. Lakin Moskva klubu hesabı qoruya bilməyib və 85-ci dəqiqədə Damian Bohar tarazlığı bərpa edib.

Qeyd edək ki, Aleksandr Səmədov 1984-cü ildə Moskvada dünyaya gəlib. Atası azərbaycanlı, anası rusdur. 2012-ci ildə həyat yoldaşı Yuliyanın təklifi ilə Xristian dinini qəbul edib. 

Karyerası ərzində Rusiya paytaxtının "Spartak", "Lokomotiv", "Moskva" və "Dinamo" klublarında oynayan 33 yaşlı hücumçu 2011-ci ildən Rusiya millisində çıxış edir (42 oyun, 6 qol). O, Azərbaycan millisində oynamaq təklifini qəbul etməyib.

Qaynarinfo.Az