Ölkə 13:17 25.01.2013

Azərbaycanlı futbolçu Ermənistan yığmasında (VİDEO)

Hollandiya çempionatının I divizionunda çıxış edən “Emmen” klubunun futbolçusu Norayr Məmmədov Ermənistan milli komandasında çıxış etməkdən ötrü soyadını dəyişib.

22 yaşlı yarımmüdafiəçi bu barədə “news.am”a açıqlama verib. O bildirib ki, Ermənistan millisinə dəvət aldıqdan sonra bütün sənədləşmə işlərini yoluna qoyub. Atası azərbaycanlı olan Norayr Məmmədov soyadından imtina edərək, Aslanyana çevrilib. Futbolçu Avropada yaşayan erməni həyat yoldaşının soyadını götürüb. Gənc yarımmüdafiəçi bildirib ki, bu addımı məhz Ermənistan millisində oynamaq istədiyi üçün atıb. O, fevralın 3-də Fransaya yollanacaq və bundan 2 gün sonra Valansyen şəhərində Lüksemburqla yoldaşlıq görüşündə iştirak edəcək.

Qeyd edək ki, Norayr Məmmədov 25 mart 1991-ci ildə Ermənistanda tarixi Azərbaycan torpağı olan Sünik vilayətinin Qaraunc kəndində doğulub. Onun atası azərbaycanlı, anası ermənidir. Məmmədov peşəkar karyerasına Hollandiyanın “Vendam” klubunda başlayıb. “Emmen”ə keçənədək Məmmədov bu ölkənin “Kambur”, “Qroningem” və “Zvolle” komandalarının formasını geyinib.

Sportal.az