İdman 15:13 06.02.2018

Azərbaycanlı futbolçu türk klubuna 1 milyon bağışladı

"Karşıyaka" klubu milli komandamızın sabiq üzvü Mahir Şükürova razılığa gəlib. 

Qaynarinfo xəbər verir ki, Türkiyə təmsilçisi keçmiş futbolçusuna borcu səbəbindən 6 xalının silinməsi təhlükəsi ilə üzləşmişdi.

"Karşıyaka"nın vitse-prezidenti Gökhan Şensan açınlamasında bildirib ki, 2014/15 mövsümündə komandada oynayan Mahirə 1,5 milyon lirə (bu günkü məzənnə ilə 672 min 150 manat) borcları olub. Bu gün futbolçu ilə görüşərək razılığa gəliblər. Belə ki, Şükürov borcun 1 milyon lirəsindən 448 min 100 manat) imtina edib: 

"Biz də ona 500 min lirə (224 min 50 manat) ödəmə edərək bu axşam müddəti bitəcək xal silmə cəzasının qarşısını aldıq. Mahir Şükürova xoş niyyətinə görə təşəkkür edir və bundan sonrakı karyerasında uğurlar arzulayırıq. Rəhbərlik olaraq qısa müddətdə çox ağır yükün altına girdik və öhdəsindən gəlməyə çalışırıq".

Qeyd edək ki, Mahir 2014/15 mövsümündə "Karşıyaka"nın heyətində 20 oyun keçirərək 2 qol vurub.