İdman 17:37 07.08.2013

Azərbaycanlı futbolçu Türkiyə klubunda

Daha bir azərbaycanlı futbolçu Türkiyəyə üz tutub. Fanat.az xəbər verir ki, “Yalovaspor” klubu həmyerlimizi baxışa çağırıb.

Fanat.az xəbər verir ki, belə ki, türk klubu adı idman mediasına və azarkeşlərə tanış olmayan Arzuman Məmmədovu sınayır. O, Birləşmiş Ərəb Əmirliklərinin Türkiyədə təlim-məşq toplanışında olan U-16 yığması ilə yoldaşlıq oyununda meydana çıxıb. Arzumanla yanaşı, baxışda olan iraqlı Mehmed Köprülü də meydana çıxıb və “Yalovaspor” 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, 1963-cü ildə yaradılan “Yalovaspor” klubu hazırda Türkiyənin həvəskarlar liqasında çıxış edir. Komanda 1 dəfə 2-ci liqada, 3 dəfə 3-cü liqada, 2 dəfə də həvəskarlar liqasında çempion olub. “Yalovaspor” 4 il 1-ci, 18 il 2-ci, 5 il 3-cü, 3 il isə həvəskarlar liqasında mübarizə aparıb. Komandanı hazırda Necdet Toker çalışdırır.

Qaynar.info