Azərbaycanlı hakim Avroliqanın qrup mərhələsində

Azərbaycanlı hakim Avroliqanın qrup mərhələsində

Azərbaycanlı FIFA dərəcəli referi Əliyar Ağayev daha bir beynəlxalq təyinat alıb. 

Qaynarinfo xəbər verir ki, UEFA 32 yaşlı hakimə Avropa Liqası oyununu həvalə edib.

Belə ki, Ağayev H qrupu çərçivəsində keçiriləcək "Ludoqorets” – "Espanyol” qarşılaşmasında iş başında olacaq. Razqradda baş tutacaq matçda ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

Hakimlərimizin işinə fransalı hakim-inspektor Paskal Qaribian qiymət verəcək.

Qeyd edək ki, "Ludoqorets” – "Espanyol” oyunu oktyabrın 24-də "Ludoqorets Arena”da keçiriləcək.
XƏBƏRLƏR
BLOGLAR