İdman 16:27 20.08.2018

Azərbaycanlı hakim Ermənistan millisinin iki oyununu idarə edəcək

Azərbaycanlı FIFA referisi Ermənistan millisinin oyunlarına təyinat alıb.

Qaynarinfo xəbər verir ki, futzal üzrə beynəlxalq dərəcəli hakim Yusif Nurullayevin 21-23 avqust arixlərində Moldovanın paytaxtı Kişinyovda qadın futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarını idarə edəcək.

Yusif Nurullayev sabah Moldova - Ermənistan, avqustun 22-də isə Ermənistan - Belarus oyununun hakimi olacaq.