İdman 23:27 17.09.2018

Azərbaycanlı hakim İtaliya klublarının yarışlarını idarə edəcək

Azərbaycanlı hakim daha bir beynəlxalq oyunu idarə edəcək.

Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İtaliyanın  "Latsio” (Roma, İtaliya) – "Apollon” (Limassol, Kipr) oyunlarını Azərbaycanlı hakim Əliyar Ağayev idarə edəcək. Oyun zamanı ona Zeynal Zeynalov, Rza Məmmədov kömək edəcək.

Mübariz Haşımov isə dördüncü hakim kimi oyunu idarə edəcək.

Qeyd edək ki, oyun 20 sentyabrda Roma Olimpiya Stadionunda keçiriləcək.