Ölkə 17:48 04.09.2017

Azərbaycanlı hakimlər İsveç - Cənubi Kipr qarşılaşmasını idarə edəcək

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Ömər Paşayev yeni təyinat alıb. "Qaynarinfo" xəbər verir ki, gənc FIFA referisi 21 yaşadək futbolçular arasında Avropa çempionatının İsveç - Cənubi Kipr qarşılaşmasını idarə edəcək.

Sentyabrın 5-də İsveçin Falkenberq şəhərindəki eyniadlı arenada keçiriləcək 6-cı qrupun II tur matçında Paşayevə Namiq Hüseynovla Mübariz Haşımov yan xətt, Rauf Cabbarov isə dördüncü hakim qismində yardımçı olacaqlar. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.

Qeyd edək ki, ilk turda Kipr Maltanı 2:1 hesabı ilə məğlub edib, İsveç isə hələ oyun keçirməyib. 

Qaynarinfo.Az