Maqazin 09:45 25.02.2018

Azərbaycanlı hüquqşünasla Ali Sunalın toy tarixi bəlli oldu

Türk filmlərinin unudulmaz siması Kemal Sunalın oğlu aktyor Ali Sunalla azərbaycanlı nişanlısı, hüquqşünas Nazlı Qurbanzadənin toy tarixi bəlli olub.

Qaynarinfo Türkiyə mətbuatına istinadən bildirir ki, cütlük martın 23-də nikah masasına əyləşəcək.

Qeyd edək ki, Nazlı Qurbanzadə Türkiyənin tanınmış simalarından Bülent Qurbanzadənin qızıdır.