İdman 09:19 19.02.2019

Azərbaycanlı idmançı Rusiyada adam öldürdü (FOTO)

Rusiyanın Volqoqrad şəhərində 23 yaşlı azərbaycanlı samboçu Ruslan İsayev 19 yaşlı Aleksandr Babareviçi başına vurduğu bir  zərbə ilə qətlə yetirib.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verirvki, İnsident fevralın 16-da "Loft" gecə klubunun yaxınlığında baş verib. İddialara görə, azərbaycanlılarla çıxan davada Aleksandr Ruslanın qardaşını təhqir edib. Əvvəlcə şifahi mübahisə yaranıb. Daha sonra isə mübahisə qızışıb və nəticədə Ruslan özündən fiziki cəhətdən zəif olan Aleksandra yumruq zərbəsi endirib. Babareviç bir zərbə ilə asfalta yıxılıb və həyatını itirib.

R.İsayev hazırda həbsdədir. Ona qarşı "qətl" maddəsi üzrə cinayət işi açılıb. İstintaq aparılır.