Video 15:00 01.04.2018

Azərbaycanlı ifası ilə münsifləri heyran etdi (VİDEO)

NTV telekanalında "Sən supersən!” beynəlxalq televiziya mahnı layihəsi davam edir. Layihədə MDB-dən olan uşaqlar iştirak edir.

Şounun budəfəki qonağı Zaqataladan olan yeniyetmə Namiq Cəbrayılov olub.

O, layihənin seçmə turunda Azərbaycanın əfsanəvi müğənnisi Müslüm Maqomayevin "Gözəllik kraliçası” mahnısını oxuyub.

Namiqin çıxışı münsiflər heyətinin hamısının xoşuna gəlib. Münsiflər heyəti yekdilliklə ona səs verib. Beləliklə, həmyerlimiz "Sən supersən!” şousunun növbəti turuna keçib. (oxu.az)