Ekonomiks 18:04 12.08.2018

Azərbaycanlı iqtisadçı: "Dəvət etsələr, Türkiyədəki böhranı dayandıraram"

İqtisadçı alimi Qubad İbadoğlu Türkiyədəki böhranla bağlı özünün fikirlərini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, azərbaycanlı alimin fikrincə, sürətli tədbir görülməsə, Türkiyə iqtisadiyyatı yaxın günlərdə çökəcək:



"Türkiyədə lirənin sürətlə dəyər itirməsinin başlıca səbəbi maliyyə-kredit və bank siyasətinin düzgün qurulmaması və çevik iqtisadi qərarların gecikdirilməsi ilə bağlıdır. Əgər rəsmi dəvət alsam, qardaş ölkənin iqtisadiyyatını böhrana doğru gedən yoldan geri qaytarmağa töhfə verə bilərəm. Əks təqdirdə, siyasi bəyanatlar dayandırılmazsa, eləcə də adekvat iqtisadi qərarlar qəbul olunmazsa yaxın 10 gündə Türkiyə iqtisadiyyatı çökə bilər. Türkiyənin zəifləməsi bütövlükdə bölgənin maraqlarına, ayrılıqda isə Azərbaycanın mənafeyinə uyğun deyil".