Dünya 17:11 05.12.2017

Azərbaycanlı iş adamının oğlu itkin düşdü

Rusiya Federasiyası, Başqırdıstan Respublikası Arxanqelskiy rayonu Uzunlarovskiy qəsəbəsində azərbaycanlı gənc itkin düşüb.

Yaxınlarının Report-a verdiyi məlumata görə, əslən Azərbaycanın Salyan rayonundan olan, 1990-cı il təvəlüdlü Həsənov Sergey Həsən oğlu iki gündür evlərindən çıxıb və onunla əlaqə kəsilib.

Sergey Həsənovla bağlı bağlı axtarış elan edilib.

Qeyd edək ki, S.Həsənovun atası Həsən Həsənov uzun illərdir Başıqrdıstanda yaşayır və kənd təsərrüfatı biznesi ilə məşğuldur.