Dünya 12:13 17.01.2018

Azərbaycanlı jurnalist Moldovaya buraxılmadı

Azərbaycan əsilli rusiyalı teleaparıcı İradə Zeynalova Moldovaya buraxılmayıb.

Qaynarinfo xəbər verir ki, teleaparıcı Kişinyov hava limanında saxlanılıb. Zeynalova ilə bağlı insident dünən baş versə də, mətbuata informasiya yalnız bu gün ötürülüb. Jurnalist saxlanıldıqdan az sonra Moskvaya geri qaytarılıb. Onun Moldovaya İstanbuldan gəldiyi bildirilib.

Moldova rəsmiləri Zeynalovanın ölkəyə buraxılmamasına səbəb kimi onun səfərinin məqsədini izah edə bilməməsini göstəriblər.

Qeyd edək ki, Zeynalova hazırda NTV televiziyasında çalışır.