Foto 10:32 05.08.2019

Azərbaycanlı jurnalist Rusiyada vitse-prezident oldu (FOTO)

Rusiyada jurnalist kimi fəaliyyət göstərən həmyerlimiz Şəhriyar İmanbəyli media sahəsində yüksək vəzifəyə təyin edilib.

Gənc jurnalist Rusiyanın "Vostok” Media Holdinqinin vitse-prezidenti seçilib. O, həmçinin, həmin media holdinqin tərkibindəki "Vostok" telekanalının icraçı direktoru vəzifəsini yerinə yetirəcək.

Şəhriyar İmanbəyli təyinatla bağlı Modern.az-a açıqlamasında bunları deyib: "Vostok” Media Holdinqə vitse-prezident təyin edildim. Eyni zamanda həmin holdinqə aid və 2 milyondan çox abunəçi izləyicisi olan "Vostok" telekanalının icraçı direktoru vəzifəsini yerinə yetirəcəyəm.  Mənə bu etimadı göstərdiyi üçün başda "Vostok” Media Holdinqin sahibi və prezidenti Valeri İlişayevə dərin təşəkkürümü bildirirəm".