İdman 13:34 10.06.2018

Azərbaycanlı kaskadyor Nazarbayevin qızının filmində...

Azərbaycanlı kaskadyor Fərhad Fərmanlı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Aliyə Nazarbayevanın filminə dəvət alıb. 

Qaynarinfo-nun musavat.com-a istinadən verdiyi məlumata görə, tarixi mövzuda çəkilən "Tomiris" filminin çəkilişləri bu ilin sonunda başa çatacaq.

"Bu yaxınlarda Qazaxıstana gedirəm. Bir neçə səhnədə çəkiləcəm. Filmin prodüseri Qazaxıstan prezidentin kiçik qızı Aliyə Nazarbayevadır. Tarixi mövzuda çox uğurlu bir filmin alınacağına inanıram. Və ona da inanıram ki, oynadığım səhnəylə Los-Ancelesdəki Dünya Kaskadyorlar Akademiyasının mükafatını da alacam", - deyə Fərhad Fərmanlı bildirib.