Ölkə 10:15 17.07.2013

Azərbaycanlı kişi keçmiş həyat yoldaşını güllələdi

   

Azərbaycanda kişi keçmiş həyat yoldaşını güllələyərək qətlə yetirib.
Bərdə Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Bahadur Hacıyev küçəsində qeydə alınıb.
1970-ci il təvəllüdlü Alişan Əhmədov keçmiş həyat yoldaşı, 1971-ci il təvəllüdlü Yasəmən Dadaşovanı ov tüfəngi ilə güllələyərək qətlə yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qaynar.info