Xəbər lenti

Azərbaycanlı klub rəhbəri otelə 88 min
İdman 19:03 29.01.2019

Azərbaycanlı klub rəhbəri otelə 88 min "atdı"

Türkiyənin II Liqa təmsilçisi "Darıca Gənclərbirliyi" pis günlər yaşayır. Hələ bir müddət öncə uğursuz çıxışlara görə azarkeşlər etiraz edərək, klubun azərbaycanlı prezidenti Rauf İsmayılova etiraz edib, ağır söyüşlər yağdırmışdılar. 

Fanatlar "Rauf, arıtq yetər, çemodanını götür, cəhənnəm ol!", "Bu klub darıcalılarındır", "Hardasan, Allah bəlanı versin", "Kimsə bizim şanlı tariximizi məhv edə bilməz" kimi şüarlar səsləndiriblər. Azarkeşlərin etirazlarında uğursuz nəticələrdən çox maliyyə problemləri, daha doğrusu komandanın Antalya toplanışda məskunlaşdığı oteldən qovulması böyük rol oynayıb.

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, təlim-məşq toplanışında olan klub bir neçə gün əvvəl məskunlaşdığı "Kervansaray Otel"dən qovulub. Otel Antalya toplanışı üçün 88 min TL məsrəflərə klub rəhbərliyinə müqavilə imzalatdırıb. Klub bir müddət hazırlıq keçsə də, məbləğ ödənilməyib. Məlumatda qeyd edilib ki, Rauf İsmayılov maddi məsələni həll edə bilməyib. Buna görə də komandanı oteldən qovublar. "Sarı-yaşıllar"ın toplanış çərçivəsində №Amedspor"la planlaşdırılan yoxlama oyunu da keçirilməyib. Məhz bu məsuliyyətsizliyə görə klubun azarkeşləri bir daha hiddətlənib. Buna görə də fanatlar bir müddətdi ki, Rauf İsmayılovu istefaya çağırır.

Rusiyada "Simurq Turizm” şirkətinin rəhbəri olan İsmayılov ötən ilin sonlarında klubu alıb. Komandanın baş məşqçisi isə Asim İbrahimovdu (futbolpress.az).

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->