Maqazin 15:18 07.06.2019

Azərbaycanlı məşhur boşandı (FOTO)

"Qurd" təxəllüsü ilə tanınan reper Fərid Eminov həyat yoldaşından ayrılıb.

Qaynarinfo milli.az-a istinadən xəbər verir ki, bu barədə "5/5"də "Qurd"un özü məlumat verib.

O, artıq 3 ildir həyat yoldaşından ayrıldığını bildirib. Aparıcı Zaur Kamal reperin bu etirafına "Bəs niyə keçən dəfə mənim efirimdə gizlətdin bunu? Soruşdum səndən, dedin elə şey yoxdur" sözləri ilə reaksiya verib.

Qeyd edək ki, "Qurd"un ilk evliliyindən Rəsul Murad adlı iki oğlan övladı var.