Maqazin 17:25 27.02.2016

Azərbaycanlı məşhur müğənnini döydü

Məşhur Rusiya müğənnisi Vlad Staşevskiy  öz mahnısına görə dava eləməli olub. Oxu.az Rusiya KİV-lərinə istinadə xəbər verir ki, qastrol səfəri zamanı şəhərlərin birində artist musiqi plastinkası almaq üçün bazarlardan birinə yollanıb və azərbaycanlı tərəfindən möhkəm döyülüb.

Musiqiçilər Qazaxıstan üzrə tura pis qızdırılan «Qazel»də gedirdilər. Artistlərin sözlərinə görə, gecə dəhşət soyuq idi. -30°S şaxtada avtobusun sobası xarab olanda, hamı başıbəlalı avtobusun apteçkasında tapdıqları spirtlə bədənini sürtməli olub.

“Sevindik ki, indi canımız qızar, amma şüşənin həcmini görəndə keyfimiz pozuldu – orada cəmisi 200 qram ancaq olardı. Biz isə 15 nəfər idik. Xoşbəxtlikdən səhər tezdən artıq mehmanxanada idik. Doğrudur, onda ağlımıza da gəlmirdi ki, şən gecə səfərdə başımıza gələcək  bəlaların başlanğıcı imiş”,- deyə Staşevskinin bek-vokalçısı Svetlana Belyayeva bildirib.

Aydın olub ki, artistlər içində Vladın fonoqramları olan çamadanı yaddan çıxarıb qastrola götürməyiblər, onun isə soyuqdan səsi batmışdı.

“Siz bunu necə təsəvvür edirsiniz? Mən səhnəyə çıxıb “Məhəbbət burada daha yaşamır” deyə xırıldayacağam?”- deyə Staşevskiy şikayətlənib. 

“Piştaxtaya yaxınlaşıb, “Vlad-21” albomunu tapıb, növbəyə durub. Pulu vermək vaxtı çatanda, aydın olub ki, diskin qiyməti 30 mindir, Moskvada isə onu istənilən köşkdə 15 minə almaq olardı. 

Vlad buna hirslənib və satıcıya, orta yaşlı hündür azərbaycanlıya müraciət edib: “niyə belə baha?” Amma Staşevskinin sualı satıcının xoşuna gəlməyib və kobud cavab verib. 

Vlad hirslənib –  “tanımayıblar, hələ kobudluq da edirlər!”  Bir sözlə, bu deyib, o deyib və bizim ulduz sifətindən zərbə alıb, çəkişmədə azərbaycanlı onun kurtkasını cırıb.

Ərazidə qalmağalı görən yerli milis hadisə yerinə gəlib – fit verib, aralaşdırmağa çalışıb. 

Xatadan, o da Vladı tanımadığı azmış, hətta onun içkili olduğunu düşünüb. Deyib ki, dostum, səndən spirt iyi gəlir, şöbəyə gedəcəyik» ,- deyə Starhit  Belyayevanın sözlərini sitat gətirir. 

Şöbədə milis nəfərlərindən biri axır ki, Staşevskinin sözlərini təsdiq edib və onun həqiqətən də tezliklə konserti olacağına inanıblar.

Artisti buraxıblar və Vlad bazardan alınmış kompakt-disk yazısı altında oxuyub.

Qaynar.info