Maqazin 15:02 13.10.2018

Azərbaycanlı məşhurlar evlənir

Aktrisa Ülviyyə Xəlilbəyli və aktyor Murad İsmayıl evlənir.

Qaynarinfo xəbər verir ki, onlar bu barədə "Zaurla Günaydın" verilişində məlumat verib.

Cütlüyün toyi noyabr ayında keçiriləcək. Dəqiq tarixi açıqlamayan aktyorlar Məhərrəmlik ayı bitən kimi toyun olacağını qeyd ediblər.

Qeyd edək ki, Ülviyyə və Murad "Vicdan haqqı" serialında çəkilib. Onlar brda tanış olublar və nişanlanıblar.