Foto 23:59 23.01.2018

Azərbaycanlı məşhurlar Türkiyədə veriliş aparacaq (FOTO)

Tanınmış modelyer Rüfət İsmayılovla model Günay Musayeva veriliş aparacaqlar.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, uzun illərdir Türkiyədə yaşayan və orada fəaliyyət göstərən həmyerlilərimiz özünü aparıcı kimi sınayacaq. "Afffair" brendinin yaradıcısı Rüfət İsmayılovla Günay Musayevanın aparacağı veriliş birbaşa onların işi ilə bağlıdır. Belə ki, ulduzlar Bəyaz Tv-də "Tarzınız olsun" proqramında aparıcı kimi çıxış edəcəklər.

Bu barədə Rüfət İsmayılov məlumat verib. Onların ilk verilişinin qonağı tanınmış müğənni və bəstəkar Sinan Akçıl olub.