Foto 15:17 28.07.2018

Azərbaycanlı meyxanaçı oğluna dərviş toyu etdi (FOTOLAR)

Meyxanaçı Elşən Xəzər oğlunu evləndirib.

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, meyxanaçı dindar olduğundan oğluna dərviş toyu təşkil edib.

Meyxanaçılar Aqşin Fateh və Vasif Əzimov "İnstagram"da toydan fotolar paylaşıblar. Fotoların altına yazılan şərhlərə inansaq, məclisdə yalnız kişilər iştirak edib. Musiqisiz və gəlinsiz baş tutan toyda yalnız meyxana deyilib və dini mahnılar ifa edilib. Qeyd edək ki, Elşən Xəzərin 45 yaşı var.