Ekonomiks 16:30 04.03.2014

Azərbaycanlı milyarder bir gecədə 1 milyard dollar itirdi

“Blumberq” şirkətinin siyahısında olan dünyanın 300 ən varlı adamı birjalarda valyutanın düşməsi ilə bağlı 44.4 milyard dollar itiriblər. 

Buna səbəb isə martın 3-də Krımda baş verən gərginlik olub.

“Axar.az” xəbər verir ki, Blumberqin hesablamalarına əsasən rus və Ukrayna milyarderləri həmin hadisədən sonra 12.8 milyard dollar itiriblər.

NOVATEK-in rəhbərləri Qennadi Timçenko və Leonid Mixelson 3.2 milyard dollar itiriblər.

Krımdakı gərginlik azərbaycanlı milyarder, “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərova ciddi ziyan vurub. Milyarder bir gecədə 1 milyard dollarını itirmək məcburiyyətində qalıb. 

Qaynar.info