Dünya 13:56 17.11.2017

Azərbaycanlı milyarderi ABŞ həbsxanasında öldürmək istədilər (İDDİA)

ABŞ-da həbsdə olan Cənubi Azərbaycan əsilli Türkiyə vətəndaşı olan biznesmen Rza Zərraba qarşı sui-qəsdə cəhd edilib.

"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə "A Haber"de yayımlanan "Kadraj" adlı proqrama qatılan vəkil Mustafa Doğan İnal Rza Zərrabın bıçaqlı hücuma məruz qaldığını deyib:
 
"Zərrabın vəkilləri ilə 6 gün əvvəl danışmışıq. Həbsxanada qaradərili məhkum Zərrabı öldürmək istəyib. Ölümdən son anda digər məhbusların köməyilə xilas olub. Özü daha təhlükəsiz yerə köçürülüb. Məhkəməyə 15 gün qalmış kimsə onu öldürmək istəyir və götürüldüyü yer barədə məlumat verilmir. Hücumun ardından Zərrab vəkilinə zəng edib və o gündən bəri ondan xəbər yoxdur".

Qeyd edək ki, Rza Zərrabın ölümlə təhdid edilərək ifadə verməyə məcbur edilməsi iddiaları gündəmdədir.

Gülşən
Qaynarinfo.Az