Maqazin 10:07 24.03.2015

Azərbaycanlı milyarderin xanımı Araşla bir arada

Azərbaycan əsilli İran-İsveç müğənnisi Araşla bu gün İstanbulda sevənləri ilə görüşəcək. 

Anspress-in məlumatına görə, Azərbaycanı 2009-cu ildə Aysel Teymurzadə ilə birlikdə “Eurovision” mahnı müsabiqəsində təmsil edən Araş bu gün Bakı vaxtı ilə 22:00-da İstanbulda “Volksvaqen Arena”da türkiyəli məşhur müğənni Ebru Gündeşlə birgə səhnəyə çıxacaq. Bu barədə sənətçinin mətbuat xidmətindən bildirilib.

Müğənnilər bir neçə saat ərzində sevilən mahnıları ilə tamaşaçıları coşduracaq. 

Araşla eyni səhnəni bölüşən müğənni Ebru Gündeşin də həyat yoldaşı Rza Zərrab əslən azərbaycanlıdır.

Qeyd edək ki, Arəş Ləbafzadə 1977-ci ildə Tehranda azərbaycan əsilli ailədə dünyaya göz açıb. 10 il İranda yaşayan Araş daha sonra ailəsi ilə birlikdə Avropaya köçüb və orada sənət fəaliyyəti ilə məşğul olmağa başlayıb.

Qaynar.info