Foto 12:03 25.01.2018

Azərbaycanlı milyarderlərin bazarı yenə yandı (FOTO/VİDEO)

Rusiyanın paytaxtı Moskva şəhərindəki məşhur "Sodovod" bazarında yenə yanğın hadisəsi baş verib.

Qaynarinfo "Ria-Novosti"yə istinadən xəbər verir ki, yanğın nəticəsində bazarın 250 kv. metr sahəsi yanıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. 150 nəfər təxliyə edilib.

Xəsarət alanların olmadığı bildirilir.

Qeyd edək ki, bir həftə öncə də bazarda yanğın hadisəsi baş vermiş və 300 kv. metr ərazi yanmışdı. Bazar əslən azərbaycanlı olan iş adamları İlham Rəhimov, Qod NisanovZaxar İliyevə məxsusdur.