Maqazin 10:11 21.04.2015

Azərbaycanlı model Türkiyədə filmə çəkilir - FOTOLAR

Azərbaycanlı model Əli Zahirli bu il Cənubi Koreyanın paytxatı Seul şəhərində keçirilən dünyanın bir nömrəli oğlan yarışlarının siyahısında olan "Mister İnternational -2015" beynəlxalq müsabiqəsində iştirak edib. Bu haqda anspress-ə tanınmış təşkilatçı Aqil Məmiyev xəbər verib.

O bildirib ki, Əli Zahirli yarışmada milli geyimə görə ilk beşliyə düşərək, "BEST NATİONAL COSTUME" tituluna layiq görülüb. Müsabiqənin qalibi Fillipinli olub.

Əli Zahirli hal-hazırda Türkiyədə yeni çəkiləcək filmin kastinqindən keçərək filmin ilk çəkimlərinə hazırlaşır. Sözügedən ekran işi melodrama janrında çəkiləcək. 
















Qaynar.info