Maqazin 22:45 28.10.2014

Azərbaycanlı modelin gənclik fotosu - FOTOLAR

Çədirdiyi fotoları ilə daima diqqət mərkəzində olan azərbaycanlı model tələbəlik zamanı olan fotolarını paylaşıb. 

Qaynar.info-nun məlumatına görə, Validə Abbasova bu dəfə 1990-cı illərə aid foto paylaşıb. 

“Miss Millenium Azerbaijan” adına sahib olan xanım paylaşdığı fotolarda universitetin birinci kursunda oxuduğunu qeyd edib. "Bakı Dövlət Universiteti- Birinci kurs 1990. Moda mənim tərəfimdədir".

Xatırladaq ki, qızının təhsili ilə əlaqədar olaraq o, son illərdir İsveçrədə yaşayır.O, gənc oğlanla, qızı ilə tez-tez fotolarını paylaşır. Azərbaycanlı model cazibədar görünüşü ilə bir çox gənc xanımlara meydan oxuyur. 

Qaynar.info