Maqazin 12:35 03.11.2018

Azərbaycanlı müğənni: "8 aydır narkotikdən uzaqlaşmışam"

Müğənni Mirkamil Kamilov son günlər paylaşımları, açıqlamaları ilə gündəmdən düşmür. 

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, ötən gün "Instagram"da canlı yayıma girən ifaçı izləyicilərinin suallarını cavablandırıb. O, yazılan təhqirlərə cavab verib. Qəribə hərəkətləri ilə diqqət çəkən Mirkamil İnstaqram səhifəsini özü işlətdiyini yazıb:

"İşıqlı dünyada qaranlğı sevdirdilər mənə. Deyirlər, başım qaçır. Qaçdığı gün özümü vuracam. Azərbaycanda ən zəif oğlan mənəm. Yaxşı olmaq istədim, amma dedilər, pis ol. Mən də acımasız oldum".

Mirkamil bir neçə gün əvvəl narkotikdən müalicə olunması ilə bağlı açıqlamasına aydınlıq gətirib. O, izləyicinin "Əsas narkotiki atmısız" sözlərinə "8-9 aydır uzaqlaşdım. Hansı kruqda oldum, onlara da can sağlığı diləyirəm. 
Uzaqlaşmışam, şükür. Düşmənimə də diləmirəm" cavabını verib. 

Müğənni beyin xərçəngindən əziyyət çəkdiyini də söyləyib:

"Beynimin sağ tərəfində şiş var idi. Özüm sağaltmışam. Psixoloji fikirlərlə hər şeyi etdim. Başqa cür yaşamaq istəyirdim, buna vadar etdilər".