Maqazin 00:15 01.02.2015

Azərbaycanlı müğənni avtomobil kolleksiyasını genişləndirir

Şou biznesin ən varlı müğənnilərindən biri Cavanşir Məmmədovdur. Sənətçi bunu özü də etiraf edir. Müğənni ən bahalı hobbilərdən sayılan avtomobil kolleksiyası ilə də məşğuldur. Hər zaman idarə etdiyi avtomobillərlə fərqlənən ifaçı, yeni avtomobili ilə də aləmə səs salacaq. Tabloid.az xəbər verir ki, müğənni bu barədə “ATV Maqazin” verilişinə açıqlama verib.

“Təzə avtomobil sifariş etmişəm. Qiyməti 1 rəqəmi ilə başlayır, ancaq yanında çoxlu sıfırlar olacaq. Sürəti saatda 60 km-dir. Bu avtomobil ilə əsəblərim də sakit olacaq. Avtomobil 1 nəfərlikdir”.

Cavanşir Quliyev onu da əlavə edib ki, həmin avtomobildən nəinki Azərbaycan, heç dünya ulduzlarında da yoxdur. Müğənni xüsusi yığılan avtomobildən üçünü sifariş edib: "Digər ikisi də sənət dostlarım üçündür. Bu maşın Sahib İbrahimov, Vasif Məhərrəmli və Cavanşir Məmmədovda olacaq.  Dostlarımın maşına pulu çatmasa, bankdan kredit götürəcəklər”.

Qeyd edək ki, müğənni hazırda dəyəri 1 milyon olan  “Rolls Royce Phantom 6,7 AT" markalı avtomobil idarə edir.



Qaynar.info