Müğənni Bahar Lətifqızı avtomobil qəzasına düşüb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda "Instagram” hesabında məlumat verib.

O bildirib ki, hadisə Şəkidən konsertdən qayıdarkən baş verib. Onun "Ford” markalı avtomobilinə "KamAZ” çırpılıb: 

"Dostlar, qorxmayın, yaxşı ki "Kamaz”ın altında qalıb ölmədik. Allah istəmədi, övladlarımız anasız qalsın. Amma çox qorxmuşam”.