"Eurovision” təmsilçilərimizdən olan Dilarə Kazımova ilk dəfə ərindən ayrılma xəbərindən danışıb.
Qaynarinfo-nun axşam.az-a istinadən məlumatına görə, müğənni "Klip+”a açıqlamasında rəsmi boşandığını açıqlayıb:
"Xasiyyətlərimiz tutmadı. Sevib ailə qurmuşdum. Hər iki insan yaxşı olsa da, problemlə üzləşə bilər. Demirəm, indi eşq axtarıram. Bütün fikrim indi karyeradır”.
Dilarə "Soyunmağı sevirsən, yoxsa reklamdır” sualına belə cavab verib: "Piarın bir hissəsidir”.
Qeyd edək ki, D.Kazımova Türkiyə vətəndaşı olan Mərd Aslanla ailə qurub. Cütlük 2016-cı ildə ayrılıb. Dilarə ötən ilin sonunda hələ rəsmi boşanmadıqlarını demişdi.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər