Video 13:33 24.06.2019

Azərbaycanlı müğənni intihara cəhd edib: "Toyum olacaqdı..." (VİDEO)

Xeyli müddət efirlərdən uzaq düşən azərbaycanlı müğənni Xəyalə Manaflı intihara cəhd edib.

Qaynarinfo-nun məlumatına görə, ifaçı ARB-nin "Boş anlar” verilişində bildirib ki, buna bir neçə səbəbləri olub: 

"Həmin vaxt üst-üstə çox şeylər oldu. 42 kiloya qədər arıqlamışdım. Həyata marağım itmişdi. Hər şey üst-üstə gəldi. Üzdə bunu bildirmirdim. Özümə nifrət edirdim ki, nə günə qalmışam. Evdə də eyni söhbətlər gedirdi. İntihara cəhdlərim oldu. Cəhdlər boşa çıxdı. Buna səbəblər var idi. Toyum olacaqdı, olmadı. Bütün Azərbaycanın gözü bizdə idi, hər kəs bu günü gözləyirdi. Toya 20 gün qalmış hər şey ləğv oldu. Problem tək bu deyildi. İşdən səbəbsiz yerə çıxarıldım”.