Azərbaycanın tanınmış müğənnisi Niyam Salami Azərbaycanı tərk edir.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi 10 gündən sonra Türkiyənin Bodrum şəhərinə köçəcək. 

Niyam sözügedən şəhərdə biznesmen olmaq qərarına gəlib. Belə ki, o, Bodrumda restoran açmaq niyyətində düşüb.

Salami Bakıdan gedən zaman öz sənətindən uzaqlaşmayacaq, sahibi olduğu məkanda səhnəyə çıxaraq mahnı oxumağa davam edəcək.