Sənət 14:07 06.01.2018

Azərbaycanlı müğənni Parisdə konsert verəcək (FOTO)

Azərbaycanlı müğənni Təranə Monbarbut Parisdə konsert proqramı ilə çıxış edəcək. 

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, "Azərbaycanın ruhu” adlanan konsert proqramı 21 yanvar, 4 və 11 fevral, 18 mart və 8 aprel tarixlərində Parisin "Pixel" Teatrında baş tutacaq.

T.Monbarbut Azərbaycan və fransız dillərində ifa edəcəyi 15 musiqi ilə fransalı musiqisevərləri Odlar diyarına musiqili, virtual səyahətə dəvət edəcək.