Foto 15:34 25.05.2019

Azərbaycanlı müğənni Türkiyədə xəstəxanaya yerləşdirildi (FOTO/VİDEO)

Azərbaycanlı müğənni Xəqani Niftəliyevin səhhətində ciddi problem yaranıb.
 
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, bir müddət Bakıda müalicə alan ifaçı doğmaları tərəfindən Türkiyəyə aparılıb.

O, dünəndən "Hacettepe Üniversitesi Tıp Fakültesi" xəstəxanasına yerləşdirilib. Bazar ertəsi əməliyyat olunacaq.

Qeyd edək ki, Xəqani Niftəliyev tanınmış xanəndə Babək Niftəliyevin əmisi oğludur.