Video 18:32 24.03.2018

Azərbaycanlı müğənninin avtomobili talandı (VİDEO)

Müğənni Asif Məhərrəmovun başına iş gəlib.

Qaynarinfo big.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında şəhər restoranların birində avtomobilini saxlayaraq toy məclisinə qatılan ifaçının avtomobili talanıb.

Belə ki bir nəfər mühafizəçiyə yaxınlaşaraq müğənninin adından istifadə edib və avtomobilnin açarlarını istəyib. Mühafizəçi də inanaraq açarları verib və həmin şəxs də avtomobilə yaxınlaşaraq qapını açaraq telefon və digər sənədləri oğurlayıb.

Oğurluq anının görüntülərini təqdim edirik: