Maqazin 10:37 19.05.2015

Azərbaycanlı müğənninin ölüm xəbəri yayıldı - FOTO

Məşhur azərbaycanlı müğənni Bagiranın ölüm xəbərləri yayılıb. Anspress-in məlumatına görə, bu xəbəri ifaçının keçmiş prodüseri Mikayıl Hüseynov sosial şəbəkədə paylaşıb.

"Bu yazı 2011-ci ildə çıxmışdı, amma bu məlumatı mən verməmişdim. Düzdür, ondan təzə ayrılmışdım deyə elə bilirdi ki, mən yaymışam. İndi isə təzə xəbər almışam. Bu dəqiqə mənə Türkiyədən yaxın dostum zəng vurdu və bildirdi ki, Bagira dünyasını doğrudan da dəyişib. Çox üzüldüm və pis oldum... Allah rəhmət eləsin!"

Əsl adı Aynurə olan müğənni özünə götürdüyü Bagira ləqəbi ilə tanınır. 


Qaynar.info