Azərbaycanlı müğənninin türk sevgilisi (FOTO)

Azərbaycanlı müğənninin türk sevgilisi (FOTO)

Bir müddətdir Türkiyəyə köçüb orada yaşayan müğənni Ayan Babakişiyeva fotosu ilə gündəmə gəlib.

"Qaynarinfo" primetime.az-a istinadən xəbər verir ki, ifaçı gənc bir bəylə səmimi şəklini yayımlayıb. O, fotoya “darıxdım” şərhini yazıb və ürək smayliki qoyub.

Müğənni hətta onun adını işarələməkdən də çəkinməyib. Hakan Tarakçı adlı gənc Türkiyədə dizayner kimi fəaliyyət göstərir.

Onun Ayanın sevgilisi olduğu ehtimal edilir.

Qeyd edək ki, Ayan fotonun şərh bölməsini bağlayıb.


Qaynarinfo.Az

XƏBƏRLƏR
BLOGLAR