Maqazin 16:51 15.03.2018

Azərbaycanlı müğənniyə vəzifə verildi

Müğənni Əflatun Qubadova "Dünya TV”də vəzifə verilib.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, sənətçi kanalın musiqi departamentinin direktoru vəzifəsinə təyin olunub. 

O bildirib ki, bundan telekanaldakı verilişlərdə böyük dəyişikliklər olacaq:
 
"Musiqi verilişlərində yeniliklər olacaq. Maraqlı layihələr təqdim edəcəyik. Kanalımız daha da baxımlı olacaq”.