Ölkə 22:30 11.08.2017

Azərbaycanlı müəllim velosipedlə 71 günə İstanbula getdi (FOTO VİDEO)

Azərbaycanlı təqaüdçü müəllim 71 günə İstanbula getdi.

“ARB TV” xəbər verir ki, 71 gün velosipedlə səyahət edən Mingəçevir sakini Abid İsmayılov İstanbulu görmək arzusunu gerçəkləşdirib. Səyahət zamanı o, 4 min km məsafə qət edib. Təqaüdçü müəllim olan İsmayılov illərdir şəkərli diabetdən əziyyət çəkdiyini və aktiv həyat tərzi ilə gümrah qaldığını deyir. 

Abid İsmayılov (səyahətçi): "Şəkərin nə olduğunu mən bilmirəm. Bu etdiklərimə şəkər qalar?! Adi günlərdə saat 6-da yuxudan dururam. Hər gün 15 km yol qət edirəm".

İsmayılov gələcəkdə də bu cür səfərlər edəcəyini bildirir.

Qaynarinfo.Az