Foto 13:25 22.01.2020

Azərbaycanlı pərəstişkarı müğənniyə 100 min dollarlıq hədiyyə bağışladı (FOTO)

Türkiyənin məşhur müğənnisi Bülent Ərsoya konsert zamanı bahalı hədiyyə verilib.   

Qaynarinfo xəbər verir ki, Bostancı Mərkəzində səhnəyə çıxan müğənniyə Azərbaycandan gələn xanım pərəstişkarı 100 min dollar (170 min manat) dəyərində üzük verib. 

Nigar adlı xanımın hədiyyə etdiyi üzüyün brilyant və sapfirdən hazırlandığı deyilib. Üzüyü çox bəyəndiyini bildirən müğənni kinsert zamanı pərəstişkarına təşəkkür etməyi də unutmayıb. 

B.Ərsoy KİV-in hədiyyə ilə bağlı verilən suallarını cavablandırarkən bildirib: "Qiymətini demərəm. Amma mən bahalı hədiyyəyə dəymərəm? Bu üzük xeyli pul tutar. Çox bahalı hədiyyədir”.