Azərbaycanın üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov peşəkar boksda ilk döyüşünü keçirib.
Qaynarinfo xəbər verir ki, idmançımızın rəqibi ABŞ təmsilçisi Ed Fonteyn olub. Nyu-Yorkdakı "Medison Skver Qarden"də təşkil olunmuş qarşılaşma Məcidovun qələbəsi ilə yekunlaşıb. Məhəmmədrəsul üçüncü raundda texniki nokautla qələbə qazanıb.
Qeyd edək ki, Ed Fonteyn peşəkar rinqdəki 12 döyüşündə 7 qələbə qazanmışdı.
Şərhlər