Ölkə 13:52 19.06.2019

Azərbaycanlı qadın beynəlxaq axtarışa verildi

Rusiya hüquq-mühafizə orqanları silahlı qruplaşmalara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1991-ci il təvəllüdlü Nigar Eyubova qanunsuz silahlı qruplaşmada iştirakda təqsirli bilinir.
Rusiya hüquq-mühafizə orqanları N.Eyubova barəsində dövlətlərarası axtarış elan edib və tutulması üçün İnterpola müraciət edilib.