Foto 13:08 19.11.2017

Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu (FOTOLAR)

Ötən gün Donetskdə güclü partlayış baş verib. 

"Qaynarinfo" baku.ws-ə istinadən xəbər verir ki, partlayış Kiyev vaxtı ilə saat 11:30-da qeydə alınıb. 

Partlayış nəticəsində mənzillərdə şüşələr sınıb və güclü gurultu eşidilib. Güclü partlayış nəticəsində ölən və yaralananlar olub. 

Dünyasını dəyişənlər arasında Azərbaycan əsilli, Ukrayna ordusunda könüllü döyüşən Lena Muradova da olub. 

Lena Muradovanın fotolarını təqdim edirik.

Qaynarinfo.Az